40 kq çəki dərəcəsində mübarizə aparan Gülxanım Şirinova Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatında ilk görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o, 1/4 final mərhələsində Tasmin Athimni (Tunis) ilə qarşılaşıb.
Tasmin Athimni təmsilçimizi "tuş"la məğlub edib.
Qeyd edək ki, daha əvvəl Fatimə Bayramova (53 kq) 1/4 finala çıxmağı bacarsa da, Fidan Babayeva (61), Simura Abdullayeva (69 kq) və Nuray Cəfərli məğlub olmuşdular.
48 kq çəki dərəcəsində mübarizə aparan Nuray Cəfərli Bakıda keçirilən U17 güləşi üzrə dünya çempionatında ilk görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o, 1/4 final mərhələsində Vivien Szentpal (Macarıstan) ilə qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə başa çatıb 10:8.
69 kq çəki dərəcəsində mübarizə aparan Simura Abdullayeva Bakıda keçirilən U17 güləşi üzrə dünya çempionatında ilk görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o, Milana Ulanova (Qırğızıstan) ilə qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə başa çatıb - 10:6.
Daha çox foto burada: PhotoStock.az
61 kq çəki dərəcəsində mübarizə aparan Fidan Babayeva Bakıda keçirilən U17 güləşi üzrə dünya çempionatında ilk görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o, Qazaxıstandan olan Arujan Bakıtnurla qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə başa çatıb - 11:2.
Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatının dördüncü gününə start verilir.
Oxu.Az-ın məlumatına görə, bu gün Azərbaycanın qadınlardan ibarət millisinin daha beş üzvü xalça üzərinə çıxacaq.
Təsnifat mərhələsi
53 kq
Fatimə Bayramova - Sela Cudit Rozov (İsrail)
1/8 final
61 kq
Fidan Babayeva - Arujan Bakıtnur (Qazaxıstan): Lidiya Ana Unqureanu (Moldova)
69 kq
Simura Abdullayeva - Natalia Georgieva Taseva (Bolqarıstan): Milana Ulanova (Qırğızıstan)
1/4 final
48 kq
Nuray Cəfərli - Vivien Szentpal (Macarıstan): Elif Su Aksoy (Türkiyə)
40 kq
Gülxanım Şirinova - Tasmin Athimni (Tunis): Azzaya Battulga (Monqolustan)
Qeyd edək ki, dünən mübarizəyə qoşulan Qaratel Quliyeva (57 kq), Rəna Nuriyeva (65 kq), Vəfa Orucova ( 43 kq) və Nəzrin Əhmədli (49 kq) ilk görüşdəcə məğlub olublar.
Xatırladaq ki, yunan-Roma millimiz isə mundialı ümumilikdə 3 gümüş və 3 bürünc medalla tamamlayıb.
Belə ki, Əli Cavadlı (45 kq) və Abdulrəhman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Orxan Həbibli (65 kq) və Elmir Çərkəzov (60 kq) isə bürünc medal qazanıblar.
Əlavə edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirib. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Sabah isə sərbəst güləşçilər döşək üzərinə çıxacaqlar.
Dünya çempionatına avqustun 2-də yekun vurulacaq.