51 kq çəki kateqoriyasında mübarizə aparan İbrahim Həsənov Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında 1/2 final görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, o, İslam Kuraxmayevlə (Rusiya) qarşılaşıb.
Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb - 10:6.
Beləliklə, güləşçimiz finala çıxıb və qızıl medal uğrunda mübarizə aparacaq. Onun finalda rəqibi iranlı Benyamin Cəfər Aşofteh Mayvan olacaq.
51 kq-lıq çəki kateqoriyasında mübarizə aparan İbrahim Həsənov Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında 1/4 final görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, o, Qovind Qovindlə (Hindistan) qarşılaşıb.
Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb 10:3.
Bununla da İbrahim Həsənov yarımfinala vəsiqə qazanıb.
51 kq-lıq çəki kateqoriyasında mübarizə aparan İbrahim Həsənov Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında ilk görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, o, 1/8 final mərhələsində Giorgi Narimanidze (Gürcüstan) ilə üz-üzə gəlib.
Görüş təmsilçimizin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, daha əvvəl Tunar Quliyev (71 kq), Elcan Həsənov (51 kq) və Elgün Kərimli (92 kq) ilk görüşlərində məğlub olmuşdular.
Bundan sonra isə Tunar Həsənov (48 kq) xalça üzərinə çıxacaq.