Bakıda keçirilən U-17 dünya çempionatında iştirak edən Azərbaycanın yunan-Roma güləşçiləri komanda hesabında ikinci yeri tutublar.
Oxu.Az xəbər verir ki, Azərbaycan millisi 107 xalla dünya çempionatını ikinci pillədə başa vurub.
Komanda hesabında Rusiya 127 xalla birinci, İran isə 96 xalla üçüncü yeri tutub.
Azərbaycan yığması mundialı ümumilikdə 6 medalla başa vurub. Yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdulrəhman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medal qazanıblar.
Ömər Salmanov (48 kq), Elmir Çərkəzov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medala sahib olublar.
Azərbaycanın yunan-Roma güləşçiləri U17 dünya çempionatında çıxışlarını başa vurublar.
Oxu.Az-ın məlumatına görə, təmsilçilərimiz yarışın son günündə daha üç medal qazanıblar.
Çempionatın yekun nəticələrinə əsasən, idmançılarımız aşağıdakı əyarlı medallara sahib olublar:
Belə ki, Əli Cavadlı (45 kq) və Abdulrəhman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Orxan Həbibli (65 kq) və Elmir Çərkəzov (60 kq) isə bürünc medal qazanıblar.
Beləliklə, yunan-Roma millimiz mundialı ümumilikdə 3 gümüş və 3 bürünc medalla tamamlayıb.
Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatında qadınlarıın mübarizəsində 49 kq çəki dərəcəsində mübarizə aparan Nəzrin Əhmədli xalça üzərinə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o, azərbaycanəsilli Madina Bayramova (Almaniya) ilə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatsa da, son xal prinsipinə görə rəqib qalib elan olunub.
Qeyd edək ki, daha əvvəl Qaratel Quliyeva (57 kq), Rəna Nuriyeva (65 kq) və Vəfa Orucova (43 kq) ilk görüşlərində məğlub olmuşdular.
Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatında qadınlarıın mübarizəsində 43 kq çəki dərəcəsində mübarizə aparan Vəfa Orucova xalça üzərinə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o, Valia Harsan (Rumıniya) ilə qarşılaşıb.
Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, daha əvvəl Qaratel Quliyeva (57 kq) və Rəna Nuriyeva (65 kq) ilk görüşlərində məğlub olublar.
Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatında qadınların mübarizəsində 65 kq çəki dərəcəsində mübarizə aparan Rəna Nuriyeva xalça üzərinə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o, Silviya Espinoza Munis (Meksika) ilə qarşılaşıb.
Görüş rəqibin 8:5 hesablı qələbəsi ilə başa çatıb.
Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatında qadınların mübarizəsində 57 kq çəki dərəcəsində mübarizə aparan Qaratel Quliyeva xalça üzərinə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o, təsnifat mərhələsində Delya Qisler (İsveçrə) ilə qarşılaşıb.
Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bundan sonra Vəfa Orucova (43 kq), Nəzrin Əhmədli (49 kq) və Rəna Nuriyeva (65 kq) xalça üzərinə çıxacaqlar.
Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatının üçüncü gününə start verilir.
Oxu.Az-ın məlumatına görə, bu gün qadın idmançılar mübarizəyə qoşulacaqlar.
Qadınlardan ibarət millinin dörd üzvü xalça üzərinə çıxacaq.
1/8 final
43 kq
Vəfa Orucova - Valia Harsan (Rumıniya)
49 kq
Nəzrin Əhmədli - Madina Bayramova (Almaniya)
Təsnifat mərhələsi
57 kq
Qaratel Quliyeva - Delya Qisler (İsveçrə)
65 kq
Rəna Nuriyeva - Silviya Espinoza Munis (Meksika)
Bundan başqa, yunan-Roma güləşçilərinin medal görüşləri də keçiriləcək. Azərbaycanın iki təmsilçisi qızıl medal uğrunda mübarizə aparacaq.
Belə ki, Əli Cavadlı (45 kq) Raylen Bezer Voksla (ABŞ), Abdulrahman Hüseynli (51 kq) isə Bunyod Hasanovla (Özbəkistan) üz-üzə gələcək.
Elmir Çərkəzov (60 kq) isə "bürünc" uğrunda döşəyə çıxacaq.
Zöhrab Səfərov da təsəlliverici görüşlərdə qüvvəsini sınayacaq.