Misirin Dümyat limanında naməlum pilotsuz uçuş aparatı (PUA) ABŞ şirkətinə məxsus mayeləşdirilmiş təbii qaz tankerinə hücum edib.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
"Dəniz təhlükəsizliyini təmin edən "Ambrey" şirkətinin verdiyi məlumata görə, Misirin Aralıq dənizi sahilindəki Dümyat limanında dron ABŞ-yə məxsus qaz tankerini vurub", - deyə məlumatda bildirilir.
Agentliyin verdiyi xəbərə görə, hücum nəticəsində tanker yanmağa başlayıb, daha sonra yanğın limanda dayanan başqa bir gəmiyə keçib.
Qaynar xətt:
(055) 224 12 12