Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Moqadişoda qanlı cümə: 17 ölü
Somali paytaxtı Moqadişoda terrorçu-kamikadzenin partlayıcı qurğunu işə salması nəticəsində azı 17 nəfər ölüb.
Oxu.Az xəbər verir ki, hadisə paytaxt mərkəzindəki hotel yaxınlığında baş verib.
Bildirilir ki, iki dəfə partlayış səsləri eşidilib.
Terror aktı zamanı ölən insanlar avtobus sərnişinləri olub. Avtobus hotel yaxınlığından keçərkən güclü partlayış baş verib.
Ölənlərin sayının artacağı istisna olunmur.
Ən çox oxunanlar