ABŞ prezidenti Donald Tramp qanunsuz miqrantlara sığınacağın verilməsini məhdudlaşdıran sənəd imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, bu sənəd qanunsuz miqrantlara ABŞ-da qaçqın statusu almaq üçün müraciət etməyə imkan verməyəcək.
Qeyd olunur ki, müvafiq tədbirlər minlərlə miqrantın ABŞ sərhədlərinə yaxınlaşması ilə bağlıdır.