Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Moskvadakı güclü yanğın söndürülüb
Bu gün səhər saatlarından etibarən Rusiyanın paytaxtı Moskvada avtomobillərin ehtiyat hissələri anbarında başlayan yanğın tam söndürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirib.
Moskva şəhərinin qərbində yerləşən avtomobillərin ehtiyat hissələri anbarında güclü yanğın olub.
Oxu.Az bu barədə Rusiya mətbuatına istinadən xəbər verib.
Qeyd olunur ki, yanğının sahəsi 600 kvadratmetrdən çox ərazini əhatə edib.
Hələlik hadisənin təfərrüatı barədə məlumat verilmir.
Yanğının yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə keçmək ehtimalının olduğu bildirilir.
Şahidlərin sözlərinə görə, yanğın baş verən ərazidə partlayış səsləri eşidilir.
"Moskva" teqi üzrə xəbərlər
- Moskvada ticarət mərkəzində baş vermis yanğın söndürülüb
- Moskvada erməni ailəsində səs-küylü qətl: Atanın öz doğma qızlarına təcavüz etdiyi təsdiqləndi
- Moskvada "Dom-2" ulduzunun faciəli ölümü: 50-dən çox bıçaq yarası
- Moskvada hamamda miqrantlar və rusiyalılar arasında qalmaqal: Qırğızıstan Rusiyaya nota verdi
- Azərbaycan hərbçiləri Moskvada keçiriləcək 9 May paradında iştirak edəcəklər