Moskvada Lujniki sportkomleksinin binası yanır. Bu barədə РИА Новости-yə paytaxtın təcili xidmətlər mərkəzindən xəbər verilib.
Oxu.Az-ın məlumatına görə, yanğın yerinə təcili yardım və yanğınsöndürən maşınlar cəlb olunub.
Binanın üzərinə qara tüstü qalxıb.
“Giriş var, xilasedicilər yoxlamağa artıq başlayıblar”, - agentlik xəbər verir.
Xəsarət alanların sayı hələ məlum deyil.