Mikayıl Müşfiq küçəsinin Nəriman Nərimanov prospekti ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə tam məhdudlaşdırılıb.
Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Sürücülərə alternativ olaraq İnşaatçılar prospektindən istifadə etmələri tövsiyə olunur.
Təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.
E.Ə.
www.oxu.az