Rusiyanın müsəlman icması Moskva hakimiyyətindən prezident Vladimir Putinin adına məscidin tikintisi üçün sahənin ayrılmasını xahiş edib.
Bu barədə Oxu.Az “IslamNews” agentliyinə istinadən xəbər verir.
“Rusiyanın Birləşmiş İslam Konqresi” dini təşkialtının rəhbəri Şəvkət Hacı Avyasovun müraciətində qeyd olunur ki, müsəlmanlar Putini “bizim vətəni qızıl tərəqqi dövrünə aparmaq, dünyanı Qərb əxlaqsızlığından və faşizm müsibətindən xilas etmək üçün Allah tərəfindən göndərilmiş” çox mühüm şəxsiyyətdir.
“Ürəklərimizdən Allaha olan inam və sevgini, ədalət və yaxşılığa inamı çıxarmağa və xalqlarımızın möhtəşəm çoxəsrlik mədəniyyət və tarixini dağıtmağa çalışırlar”, - din xadimi yazıb.
Qeyd edək ki, öncə bir qrup Moskva müsəlmanı mobil məscidin yaradılması üçün vəsait yığmağa başlayıb. Layihənin həyata keçirilməsi üçün 1 milyon rubldan (12 min manat) çox pul lazımdır.