İstanbulda İslam tarixi, incəsənəti və mədəniyyəti üzrə Araşdırma Mərkəzi “Əl işi olan namazlıq xalçalarının tarixi” adlı kitabının birinci tomunu nəşr edib.
Oxu.Az “İslam-Today”ə istinadən xəbər verir ki,kitab bu sahədə unikal hesab olunur.
Kitab 395 səhifədən ibarətdir ki, onun 221-i ingilis, 174-ü isə ərəb dilindədir. Nəşr illyustrasiyalarla zəngindir. Şəkillərdə müsəlman ölkələrinin namaz üçün ipək, yun və pambıq xalçaları əks olunub. Bu ölkələr Türkiyə, Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İran, Misir, Mərakeş, Tunis, Əlcəzair, Mavritaniya və Küveytdir.
“Əl işi olan namazlıq xalçalarının tarixi” kitabı namazlıq xalçalarına həsr olunmuş il akademik işlərdən biridir.