Moskvada gecə saatlarında baş verən qasırğa nəticəsində yeddi nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, RİA Novosti-yə bu barədə paytaxtın xüsusi xidmətlərində olan mənbə bildirib.
Qasırğa güclü leysan və onlarla ağacı aşıran küləklə müşayiət olunub. Paytaxtın bəzi rayonlarında dolu düşüb.
Küçələrin çoxunu su basıb, 30-a yaxın maşın zədələnib.
Hava şəraitinə görə, Moskva aeroportlarında bir neçə aviareys təxirə salınıb, bəzilərinin isə istiqaməti dəyişdirilib.
Təbiətin qəzəbini moskvalılar sosial şəbəkələrdə “dünyanın sonu” və ya “məşhər günü” adlandırıblar.