Bakıda dünyada ilk dəfə “Pokémon GO!” fləşmobu elan edilib. Geymerlər təyin edilmiş yerdə toplaşacaqlar və pokemonları yığmağa başlayacaqlar.
Söhbətin nədən getdiyini bilməyənlər üçün isə ilk bir neçə gün ərzində (oyun iyulun 6-da buraxılıb) 7,5 milyon nəfər tərəfindən yüklənən oyunun məğzinin nədən ibarət olduğunu və onun üstünlüklərinə dair kiçik icmal təqdim edirik.
Birincisi, bu sadəcə oyun deyil. O, istifadəçilrədən real həyatda fiziki hərəkət etməyi, pokenmonları yığmağı və yükləməyi, komandalara daxil olmağı, digər oyunçulara qarşı turnirlərdə iştriak etməyi tələb edir.

Bu oyuna görə, milyonlarla insan gecə saatlarında evdən çıxır, yad insnların evinə, çaylara girir, tanımadıqları yerlərdə azır və yad adamların otaqlarına girməli olurlar. Bu oyun səbəbindən artıq bir neçə gündür ki, qərb oyun KİV-nə daxil olmaq mümkün deyil.
Oyun rəsmi olaraq Azərbaycana gəlib çatmayıb. Yaponiyanın “Niantic” şirkəti tərəfindən yaradılan və inkişaf etdirilən oyun sadəcə Avstraliya və ABŞ-da başlamış olsa da, bütün dünyada böyük maraq oyadır və sürətlə populyarlaşır.
Biz sizə Vətəndə oyunu necə quraşdırmaq lazım olduğunu göstərəcəyik.
Smartfonunuzu ABŞ, Avstraliya və ya Yeni Zellandiyada yaşadığınıza inadırmalısınız. Məsələn, Amerikanı götürək.

iOS istifadəçiləri üçün:
1. Öz “Apple İD”dən çıxın. Bunun üçün “App Store” girin, səhifənin sonuna gəlin, orada “Apple ID” klikləyin və akkauntdan çıxın.
2. Ayarları açın, “Əsaslar” bölməsində “Dil və regionu” daxil olun və ABŞ-ı seçin.
3. “App Store”də istənilən ödənişsiz proqramı yükləyin – region yenilənibsə, birbaşa “Pokemon GO”nu da yükləmək olar. Sizə akkaunt açmaq təklif ediləcək.
4. Onu ikinci poçt ilə qeydiyyatdan keçirin, “Yaşadığınız ölkə” bölməsində ABŞ seçin (istənilən) ünvan və (mövcud) poçt indeksi yazın. Bank rekvizitləri bölməsini doldurmayın.
5. Oyun yüklənməyə başlayacaq. Öz “Apple ID” qayıtmaq mümkündür, amma o zaman proqram yenilənməyəcək. Daxili alış-verişlər də mümkün olmayacaq.
“Android” istifadəçiləri üçün:
Android-yuzerlərin bəxti gətirib, onlar sadəcə APK-faylı yükləməlidirlər. Aşağıdakı addımlar atılmalıdır:
1. Ayarlara daxil olun, “Ekran bloklanması və təhlükəsizlik” bölməsində yalnız “Google Play”də deyil, başqa yerdən də yükləmələrə icazə verin.
2. Tətbiq faylını yükləyin. “APK Mirror” saytından götürmək olar.
3. Yükləməni klikləyin və onun başa çatmasını gözləyin.
Beləliklə də dostlar sizin proqramı yükləmək, kolleksiyanızı toplayıb fləşmob zamanı nümayiş etdirmək üçün çox az vaxtınız qalıb.

Qeyd edək ki, təşkilatçılar “Flashmob Azerbaijan”dır.