Moskvada özbək və tacik miqrantlar arasında düşmüş kütləvi davanın lent yazısı internetə yerləşdirilib.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, davada hər tərəfdən təxminən 50-yə yaxın cavan oğlan Moskva-Sitidə əllərində çəkiclərlə davaya çıxıblar. İş geyimlərindən tikintidə işlədikləri anlaşılan gənclər çəkiclərlə bir-birlərinin başlarına zərbələr endirir. 5-6 nəfərin bir nəfərə ölümcül zərbələr vurduğu da açıqca müşahidə edilir.
Yaxınlıqdan avtomobillər keçsə də sürücülər sürətlə hadisə yerindən uzaqlaşır.
Hadisə yerinə polis gəlməyib.