Türkiyədə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən narkotik və ya stimullaşdırıcı maddə istifadəsi iddiası ilə başladılan istintaq çərçivəsində 19 məşhur, o cümlədən İrem Derici, Hadise, Berrak Tüzünataç və Dilan Polat saxlanılıb.
Oxu.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, saxlanılanlar ifadələrinin alınması üçün İstanbul Jandarm Komandanlığına aparılıblar.
Prosedur başa çatdıqdan sonra məşhurların qan analizlərinin götürülməsi məqsədilə onlar Məhkəmə Tibb Müəssisəsinə göndəriliblər.
Qan nümunələri götürüldükdən sonra, prokurorluğun göstərişi ilə bütün şəxslər sərbəst buraxılıblar.
Türkiyədə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən narkotik və ya stimullaşdırıcı maddə istifadəsi iddiası üzrə başladılan istintaq işi ilə bağlı məxfilik qərarı verilib.
Oxu.Az-ın "T24"ə istinadən xəbərinə görə, bu barədə istintaq çərçivəsində ifadələrinin və qan nümunələrinin götürülməsinə göstəriş verilən Dilan-Engin Polat cütlüyünün vəkili Sevinç Oraz məlumat verib.
Sevinç Orazın sözlərinə görə, Polat cütlüyünün qan, sidik və saç analizləri təmiz çıxıb.
"Narkotik maddə istifadə etmədiklərinə dair ifadələrimiz, dəlillərimiz sabitdir. Hesabatlar da ortadadır. İfadələr yekunlaşdıqdan sonra sərbəst buraxılacaqlar. Bu, bir saxlanılma deyil, ifadə verməkdir. Dosyedə məxfilik qərarının alındığı bildirilir", - deyə vəkil bildirib.
Türkiyədə İstanbul Jandarma Komandanlığının Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən məşhurlara qarşı narkotikdən istifadəni təşviq etməkdə ittiham üzrə keçirilən əməliyyat üzrə istintaq davam edir.
Oxu.Az-ın məlumatına görə, istintaq çərçivəsində saxlanılan məşhurlar qan analizi verdikdən və ifadələri alındıqdan sonra sərbəst buraxılacaqlar.
Türkiyədə Hadise, Mert Yazıcıoğlu, Demet Evqar və Özge Özpirinççi də daxil olmaqla, 19 məşhur barəsində narkotik ittihamı üzrə saxlanılma qərarı verilib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər İstintaq Bürosu tərəfindən aparılan araşdırma çərçivəsində narkotik və ya stimullaşdırıcı maddədən istifadə cinayəti üzrə bir çox şəxslərə qarşı əməliyyat keçirilib ki, onların arasında bir çox tanınmış simalar da yer alıb.
Əməliyyat zamanı Dilan Polat, Engin Polat, İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Hadise Açıkgöz, Berrak Tüzünataç, Duygu Özaslan Mutaf, Demet Evgar Babataş, Zeynep Meriç Aral Keskin, Özge Özpirinçci, Mert Yazıcıoğlu, Feyza Altun, Derin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Metin Akdülger ve Ceren Moray Orcan ifadələrinin alınması və qan nümunələrinin götürülməsi üçün İstanbul Jandarma Komandanlığına aparılıb.
Məlum olub ki, istintaq bəzi şübhəlilərin narkotik maddədən istifadə etdiyinə dair əldə edilən dəlillər əsasında başlayıb.
Prokurorluqdakı mənbələr bildiriblər ki, istintaq çoxşaxəli şəkildə davam etdirilir.
Türkiyədə narkotik istifadəsini təşviq etmək ittihamı ilə saxlanılanların sayı 19 nəfər olub.
Oxu.Az "Sabah" nəşrinə istinadən xəbər verir ki, onlar arasında İrem Dericidən başqa, Simge Sağın, Hadise, Berrak Tüzünataç və Kubilay Aka da var.
Məşhur türkiyəli müğənni, 38 yaşlı İrem Derici narkotik istifadəsini təşviq etmək ittihamı ilə İstanbulda, Şişlidəki evində saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İstanbul Baş Prokurorluğu yayıb.