Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mükəmməlliyə cəhd problemlər yarada bilər - Rusiyalı psixoloq perfeksionizmin zərərlərini AÇIQLADI
Əlçatmaz ideala can atmaq (perfeksionizm) insana çox sayda problem yarada bilər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı psixoloq Yevgeniya Borodina "Gazeta.ru" nəşrinə müsahibəsində danışıb.
"Perfeksionizm insanı özünə və başqalarına qarşı son dərəcə yüksək tələblər qoymağa vadar edir. İstənilən layihə üzərində iş daimi tənqidlə müşayiət olunacaq və diqqəti çatışmazlıqlara yönəldəcək. Belə olduğu halda insanın özünü tərifləməsi və kənardan müsbət qiymətləndirməni qəbul etməsi çətindir", - deyə Borodina bildirib.
Eyni zamanda, perfeksionist birlikdə işləmək məcburiyyətində olduğu həmkarlarına qarşı da bənzər münasibət göstərəcək. Beləliklə, o, hər zaman yalnız çatışmazlıqlar və səhvlər tapacaq, tərifi isə unudacaq.
Həm işdə, həm də təhsildə yüksək rəqabət perfeksionizmin inkişafına və özünü daim başqaları ilə müqayisə etmək vərdişinin yaranmasına imkan yaradır. Belə insanlar tez-tez səhv etmək və kənardan mənfi reaksiyalarla üzləşmək qorxusu ilə qarşılaşırlar.
"İdeal insan yoxdur. Hər bir insanın dəyişkən emosiyaları və əhvali-ruhiyyəsi var. Perfeksionist isə partnyorundan müəyyənlik və sabitlik gözləyir.
"İfrat gözləntilər, tələblər və partnyoruna qarşı tənqidi münasibət münaqişələrə, inamsızlığa və cütlüyün hər iki partnyorunda özünüqiymətləndirmənin azalmasına səbəb olur", - deyə mütəxəssis qeyd edib.
"Rusiya" teqi üzrə xəbərlər
- Tramp: "Rusiya ilə razılaşmaq Ukraynadan daha asandır"
- Ukrayna ilk dəfə döyüşdə Fransanın "Mirage" qırıcı təyyarələrindən istifadə etdi
- Kit Kelloq: "Tramp müharibəni 24 saata bitirəcəyinə söz vermişdi, lakin hansı gündə deməmişdi"
- Böyük Britaniya Rusiya aktivlərindən əldə edilmiş milyonları Ukraynaya göndərdi
- Leninin istifadə etdiyi "Rolls-Royce" bərpa olunacaq