Myanmada itkin düşmüş hərbi təyyarə, ölənlərin cəsədləri ilə birlikdə cümə axşamı dənizdə aşkar edilib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə hərbçilərə istinadən Frans Press agentliyi məlumat yayıb.
“Biz itkin düşən təyyarənin qalıqlarını və bir neçə cəsəd aşkar etmişik”, - Myanma ordusunun komandanı Min Aun Xlainq bəyan edib.
Myanmanın cənub sahilindən Yanqona uçan təyyarə Davey şəhərindən 20 mil məsafədə olarkən radarlardan itib. Son məlumata görə, təyyarənin göyərtəsində 122 nəfər, o cümlədən 15 uşaq olub.
08:46
Myanma sahillərində qəzaya uğrayan təyyarənin göyərtəsində 15-i uşaq olmaqla, 112 nəfər olub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, təyyarədə 35 hərbi qulluqçu və 14 ekipaj üzvü ilə yanaşı, hərbçilərin ailə üzləri uçurmuş.
Çin istehsalı olan “Y-8-200F” hərbi nəqliyyat təyyarəsi Myey-Yanqon marşrutu ilə uçarkən Davey şəhərindən 20 km qərbdə dəniz üzərində radarlardan itib.
Hərbi təyyarənin qalıqları və təyyarədə olanların meyitləri Andaman dənizindən tapılıb. Hadisə yerində axtarış-xilasetmə tədbirləri davam edir.
A.S.
www.oxu.az