Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Narin Güranın qətlində gizlənən sirr nədir?
Narin Güranın qətlindən bir ay ötür.
Oxu.Az CNN Türk-ə istinadən xəbər verir ki, qətlin kim tərəfindən törədildiyi hələlik açıqlanmasa da, istintaqda mühüm irəliləyiş var.
Ailənin telefon dinləmələri və aparılan araşdırmalar sübut edir ki, Narinin öldüyü gün - avqustun 21-də onun yaxınları mütəşəkkil fəaliyyət göstəriblər. Onlar Narinin qətlini gizlətmək üçün birlikdə hərəkət ediblər.
Məlum olub ki, ailə üzvləri təqib olunduqlarını anlayanda tədbir görməyə başlayıblar. Ailənin kişilərinin iştirak etdiyi ən azı yeddi toplantının keçirildiyi müəyyən edilib. Burada danışıqların eşidilməməsi üçün yüksək səslə musiqi səsləndirilib.
Müəyyən edilib ki, əmi Səlim Güranın göstərişi ilə Hediye Güran, Maşallah Güran və ana Yüksel Güran evdəki xalçaları ən azı iki dəfə yuyublar. Yuma işini baldız Hadiyye Güranın təşkil etdiyi müəyyən edilib.
Hadisədən sonra Səlim Güranın evindəki təhlükəsizlik kamerası qeydlərinin silindiyi də məlum olub. Digər əmisi Hüseyn Güranın evində təsbit edilən səs yazılı təhlükəsizlik kamerası sisteminin isə sıradan çıxarıldığı müəyyən olunub.
Narinin getdiyi məktəbin açarı Güran əmidədir. Onun məktəbə getdiyi və təhlükəsizlik kamerası görüntülərinə baxdığı öyrənilib.
Kameraların sərt diskləri müsadirə edilərək ekspertizaya göndərilib. Silinmiş məlumatların bərpası üçün səylər davam edir.
"Narin Güran" teqi üzrə xəbərlər
- Narin Güranın qətlinin bütün sirrini açacaq dəlil ortaya çıxdı: Qanlı əlcək kimə aiddir?
- Narinin məhkəmə prosesinin gedişatını dəyişə biləcək "dişləmə izi" sirri! Mütəxəssisdən açıqlama
- Narinin qətlinə dair yeni görüntülər: Nevzat Bahtiyar cəsədi necə gizlətdiyini anbaan göstərdi
- Amansızlıqla öldürülən səkkiz yaşlı Narinin qətlindən bir saat əvvəlki görüntüləri üzə çıxdı
- Narin Güranın qətlində yeni təfərrüat üzə çıxdı: Qatillərin cəzası bəlli oldu
Rəylər