Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Naringinin faydaları nədir və onu necə seçmək lazımdır?
Naringi Yeni ilin əsas atributlarından biridir. Lakin müxtəlif çeşidlərin çoxluğu səbəbindən insanlar həmişə ən dadlı və keyfiyyətli meyvəni seçə bilmirlər.
Oxu.Az xəbər verir ki, rusiyalı mütəxəssis, diyetoloq və nutrisioloq İrina Pisareva "Veçernyaya Moskva" nəşrinə açıqlamasında naringilərin faydaları və seçim zamanı diqqət edilməli məqamlar barədə danışıb.
İrina Pisarevanın sözlərinə görə, naringi dadlı olması ilə yanaşı, çoxsaylı faydalı xüsusiyyətlərə də malikdir.
"Naringilərin tərkibində zərərli birləşmələri neytrallaşdıran və təbii antidot hesab edilən çoxlu miqdarda limon turşusu var. Bu səbəbdən naringidə nitratlar yoxdur" ,- deyə mütəxəssis vurğulayıb.
Bu meyvənin tərkibində çoxsaylı vitaminlər və minerallar mövcuddur.
Diyetoloqun dediyinə görə, naringidə yüksək miqdarda C vitamini, yəni askorbin turşusu var. Bundan əlavə, tərkibində B və K qrupu vitaminləri, D və P vitaminləri də mövcuddur. Həmçinin naringidə kalsium, maqnezium və kalium kimi faydalı minerallar yer alır. Ən maraqlısı isə onun təbii antidepresan təsirinə malik olmasıdır.
Bununla belə, həkim xəbərdarlıq edib ki, naringi bütün faydalarına baxmayaraq, bəzi xəstəliklərdən əziyyət çəkən insanlar üçün təhlükəli ola bilər.
"Kəskin nefrit, hepatit, xolesistit xəstəlikləri, eləcə də mədə xorası olan şəxslər naringi yeməkdən çəkinməlidirlər. Bundan əlavə, tərkibində çoxlu şəkər olduğu üçün bu meyvə şəkərli diabet xəstələrinə də zərər verə bilər. Gündəlik 5-6 meyvədən çox yemək tövsiyə edilmir" ,- deyə Pisareva əlavə edib.
Mütəxəssis, həmçinin naringi seçərkən diqqət edilməli məqamları qeyd edib:
"Meyvənin bütövlüyünə diqqət yetirmək lazımdır, zədələnmiş olmamalıdır. Çeşiddən asılı olaraq, naringilər sıx və ya yumşaq ola bilər".
O, xüsusilə "Klementin" sortunun üstünlüklərindən bəhs edib:
"Bu sortdan olan naringilər toxunuşda daha möhkəm olur və askorbin turşusunun ən yüksək miqdarına malikdir. Bu səbəbdən "Klementin" sortunu almağı tövsiyə edirəm" ,- deyə Pisareva bildirib.
"Diyetoloq" teqi üzrə xəbərlər
- Gizli şəkər mənbələri: Arıqlamağa mane olan qidalar
- ABŞ-li həkimlərdən açıqlama: Hansı qidaları və içkiləri acqarına qəbul etmək olmaz?
- D vitamininin az məlum olan xüsusiyyətləri açıqlanıb
- Türkiyəli mütəxəssisdən maraqlı açıqlamalar: Hansı qidaları birlikdə yemək olmaz?
- Arıqlama zamanı kalori saymağın fəsadları
Rəylər