Rusiya-Türkiyə münasibətləri mürəkkəb dönəmini yaşayır. Lakin bütün vəziyyətlərdən hər zaman çıxış yolu var.
Oxu.Az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin RT verdiyi müsahibəsində deyib.
“Tam əminliklə Rusiya-Türkiyə münasibətləri mürəkkəb dönəmini yaşadığını demək olar – bu, həqiqətən belədir. Amma perspektiv hər zaman mövcuddur, bütün vəziyyətlərdən hər zaman çıxış yolu var”, - o deyib.
S.Narışkin bildirib ki, Türkiyə tərəfi prezident Rəcəb Tayyib Ərdoğanın simasında səmimi şəkildə üzr istəməli, günahı olanları cəzalandırmalı və Suriya siyasətinə yenidən baxmalıdır.
Qeyd edək ki, Rusiya və Türkiyə münasibətləri noyabr ayının 24-də Suriyada Türkiyə HHQ məxsus F-16 qırıcısının Rusiyaya məxsus Su-24 təyyarəsini vurduqdan sonra böhran yaşayır.