Univision Noticias telekanalının rəsmi Youtube kanalında “Cırtdan” ləqəbli meksikalı narkobaron Hoakin Qusman Loeranın həbs edilməsinin videosu yerləşdirilib.
Oxu.Az xəbər verir ki, videoda xüsusi təyinatlıların binaya hücumu və Hoakin Qusmanın adamları ilə atışması əks olunub.
Xatırladaq ki, Qusman yanvarın 8-də saxlanılıb. Atışma zamanı onun 5 adamı öldürülüb, daha 6-sı isə həbs edilib. Bir polis əməkdaşı yaralanıb. Qeyd olunur ki, Quamuçil şəhərində həmçinin “Sinaloa”da ikinci adam sayılan İvan Qastulum Kruz da saxlanılıb.