Polşada narkomafiya ilə mübarizə aparan Ədliyyə naziri və prokurora qarşı sui-qəsd hazırlayan və bir neçə vətəndaşın öldürülməsində şübhəli bilinən 28 yaşlı şəxs saxlanılıb.
“Jedynka” xəbər verir ki, istintaq orqanları onu külli miqdarda narkotik maddə satışı və sifarişli qətl hazırılığında ittiham ediblər.
Narkomafiya ilə mübarizə əməliyyatı çərçivəsində saxlanılan şəxsin Ədliyyə naziri və prokurorun öldürülməsi üçün şəriklərindən birinə 23.5 min avro vermək niyyətində olduğu, lakin əməliyyat nəticəsində bunun qarşısının alındığı qeyd olunur.