NASA yaxın onillikdə Ayda baza qurmağı planlaşdırır və bundan sonra astronavtların oradan ilk avanpost yaratmaq üçün Marsa uçacaqları gözlənilir. İnsanların yeni bir yerdə məskunlaşmasını asanlaşdırmaq üçün onlara heyvanların da daxil olduğu bütöv bir ekosistem lazımdır. Bəs onlar hansılardır?
Sietldəki Vaşinqton Universitetinin astrobioloqu Devid Ketlinq hesab edir ki, Ay və Marsdakı canlı ekosistemlər hələ də elmi fantastika sferasındadır və elmi tədqiqat obyekti deyillər. Buna baxmayaraq, Ay və Mars bazalarında ilk olaraq hansı heyvanların məskunlaşacağına dair fərziyyələr var.
“Ev heyvanları üçün ən böyük problem cazibə qüvvəsi olacaq”, - deyə NASA planetoloqu Kristofer Makkay deyib. Ayda cazibə Yerin 1/6, Marsda isə 1/3-ə bərabərdir. Beləliklə, aşağı çəki əzələlərin və sümüklərin böyüməsinə mənfi təsir göstərə bilər və buna görə də heyvanlar normal şəkildə dayana və yeriyə bilməyəcəklər.
Bunu nəzərə alsaq, Mars və ya Ayı məskunlaşdırmaq üçün ən uyğunları kiçik heyvanlardır. Məsələn, siçanlar, dərin dənizin sakinləri (xərçəngkimilər və balıqlar), həmçinin həşəratları bura daxil etmək olar.
Mənbə: naked-science.ru
Rəylər