NATO yeni soyuq müharibəyə cəhd etmir, amma Rusiya indi onun üçün tərəfdaş deyil.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq bu barədə “Bild” qəzetində dərc edilmiş müsahibəsində bildirib.
“Biz şübhəsiz yeni soyuq müharibəyə can atmırıq. Amma Rusiya hazırda tərəfdaş deyil”, - o deyib.
“Dünya dostlara və düşmənlərə bölünməyəcək qədər mürəkkəbdir. Rusiya olmadan biz dünyada baş verən iri münaqişələri tənzimləyə bilmərik”, - Stoltenberq hesab edir.
“Yeni mürəkkəb vəziyyət yaranıb, buna uyğunlaşmalıyıq”, - baş katib əlavə edib.
Nüvə silahı NATO-nun dözümlülük siyasətinin bir hissəsidir, Yens Stoltenberq bəyan edib.
Onun fikrincə, Moskva “istənilən halda” nüvə silahını tətbiqi ilə hədələyib.
“Rusiya qoşunları ondan aşkarcasına istifadə edərək təlimlər keçirirlər”, - baş katib iddia edir.
“Nüvə silahının mövcud olduğu müddət, o bizim dözümlülük siyasətinin bir hissəsi olacaq”, - Stoltenberq vurğulayıb.
Eyni zamanda, o qeyd edib ki, “nüvə silahının istifadəsi astanasının səviyyəsini aşağı salmaq olmaz”.