Rusiya Federasiyasının rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyənin baş naziri Əhməd Davudoğlunun Ukraynaya səfəri zamanı verdiyi bəyanatını şərh edib.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir.
“Davudoğlu çoxdandır ki, Osmanlı İmperiyasının olmadığını və regionda bir ölkənin diktəsinin keçmədiyini anlamalıdır. Belə ki, bu diktə müasir dünyanın yaşadığı prinsiplərə uyğun deyil.
Rusiya və Azərbaycan qarşılıqlı hörmətə əsaslanan dostluq, tərəfdaşlıq münasibətləri qururlar. Türkiyə bu dostluğun sabitliyini poza bilməz.
Amma Ankara yeni Osmanlı İmperiyası rolunu oynamaq istəyirsə, o zaman bu ərazinin “sick man of Europe” (Avropanın xəstə adamı-red.) adlandırıldığını unutmamalıdır”, - M.Zaxarova bəyan edib.
Xatırladaq ki, Ə.Davudoğlu Ermənistanı dəstəkləyən Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü təhlükə altında qoyduğunu bəyan edib.