Bundan sonra Rusiyanın təhlükəsizlik təminatına heç kim etibar etmir.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Anders Fogh Rasmussen deyib.
Mayın 15-də Buxarestdə Rumıniya prezidenti Basescu ilə mətbuat konfransı keçirən Rasmussen bildirib ki, 1994-cü ildə Rusiya Ukraynanın suverenliyinə təminat vermişdi.
Rasmussen əlavə edib ki, ancaq Krımın anneksiyasından sonra “biz Rusiyanın təminatına inana bilmərik”.