Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu iyunda Azərbaycana səfər edəcək.
Oxu.Az xəbər verir ki, Barrozu eunews.az-ın müxbiri ilə söhbətində iyunda Azərbaycana səfər edəcəyini təsdiqləyib.
“Bu, Cənubi Qafqaz səfəri deyil, çünki Ermənistana getməyəcəm. Azərbaycana, Gürcüstana və Moldovaya səfər edəcəm. Azərbaycanda təkcə enerji deyil, bir çox digər məsələlər müzakirə olunacaq”. - dəyə Barrozu bildirib.
Əlavə edək ki, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin də Azərbaycana səfər edəcək.
APA-nın məlumatına görə, S.Narışkin ATƏT Parlament Assambleyasının (PA) yaz sessiyasında Rusiya nümayəndə heyətinə başçılıq edəcək.
“Mən getmək və çıxış etmək niyyətindəyəm. Orada Avropanın təhlükəsizliyinin təminatı ilə bağlı problemlərin müzakirəsində ATƏT PA-nın rolundan danışacam”, - deyə o vurğulayıb.
Qeyd edək ki, ATƏT PA-nın yaz sessiyası iyunun 28-dən iyulun 1-dək Bakıda keçiriləcək.