Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

NATO-nun baş katibindən Avropa liderlərinə tövsiyə: "Daha çox televizora baxın"
NATO-nun baş katibi Mark Rütte Avropa liderlərini daha çox televiziyaya baxmağa və ABŞ-nin ali rəhbərliyini dinləməyə çağırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "CBS News" kanalı məlumat verib.
Məlumata görə, Rütte bu sözləri Vaşinqtonun Şimali Atlantika Alyansını tərk edə biləcəyi ilə bağlı müzakirələri şərh edərkən deyib.
O vurğulayıb ki, ABŞ NATO-ya və təşkilatın kollektiv müdafiə müqaviləsinin 5-ci maddəsinə qətiyyətlə sadiqdir. Mark Rütte qeyd edib ki, Vaşinqton nüvə çəkindirməsi də daxil olmaqla, əsas təminatçıdır.
"Mən NATO-dan söhbət getdikdə bütün avropalı həmkarlarımı "ABŞ NATO-ya sadiqdirmi?" sualı ilə narahat olmaq əvəzinə, televizoru açmağa və bəzən ABŞ rəhbərliyini dinləməyə çağırıram. Cavab - bəli", - deyə alyansın baş katibi bildirib.
"Mark Rütte" teqi üzrə xəbərlər
- NATO-nun baş katibi Rusiyaya görə həyəcan təbili çalır
- NATO-nun baş katibi PKK-nın özünü ləğv etməsinə münasibət bildirib
- Avropadakı hərbi xərclər NATO baş katibini heyrətləndirib
- Mark Rütte: "NATO müharibədən sonra da Rusiyanı gözdən qoymayacaq"
- Baltik dənizində enerji kabellərinin zədələnməsində Rusiyanın əli var?