Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
NATO soyuq müharibədən bu yana ən böyük hərbi təlimlərə başlayır: 90 minlik ordu toplanacaq
Şimali Atlantika Alyansı son onilliklərin ən böyük təliminə başlayır.
Almaniya, Polşa və Baltikyanı ölkələrdə yüz minə yaxın hərbi qulluqçu NATO üzvlərindən birinə mümkün, ən əsası isə qəfil hücumla bağlı məşqlər edəcək.
NATO-nun “Dayanıqlı müdafiəçi” təlimi soyuq müharibədən bu yana keçirilən ən böyük təlimdir. Norveçdən Rumıniyaya qədər Rusiya sərhədləri boyunca 90 minlik ordu toplanacaq. 31 ölkədən olan ordu Rusiyanın hücumunun dəf edilməsi ssenarisi üzərində çalışacaq.
Rusiya Xarici İşlər Nazirliyi isə bu hərəkətləri təxribat adlandırıb və real hərbi insidentlər riski daşıdığını bildirib. Nazirlik, həmçinin qeyd edilən ssenarinin də cəfəngiyyat olduğunu bildirib.
NATO təlimləri Rusiya ilə sərhəddə havada, quruda və dənizdə keçiriləcək.
Mənbə: NTV.ru
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada terror aktı törədən islamofob şəxslə bağlı yeni detallar AÇIQLANDI
- Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verdi
- Ştaynmayer Almaniya Parlamentinin buraxılma tarixini açıqladı
- Almaniyada Şolts hökumətinə son: Erkən seçim prosesi başladı
- Almaniyada siyasi böhran: Bundestaq Şolts hökumətinin taleyini həll edəcək
Rəylər