NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda keçirilən görüş zamanı Avropa və Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə ediblər və kontaktları davam etdirməyə qərar veriblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
“Ordu generalı Valeri Gerasimov və general-polkovnik Petr Pavel Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Görüş zamanı tərəflər kontaktların davam etdirilməsinə dair razılığa da gəliblər”, - məlumatda deyilir.
12:43
NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu gün Bakıda görüşəcəklər.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun kommünikesində bildirilir.
Kommünikedə deyilir ki, bu, NATO-nun Rusiya ilə münasibətləri dondurması barədə qərarından sonra tərəflər arasında ilk görüş olacaq.
“General Petr Pavel və general Valeri Gerasimov sentyabrın 7-də Azərbaycanın paytaxtı Bakı şəhərində görüşəcəklər. Bu görüş generallar arasında bu il martın 3-də baş tutmuş telefon danışığının davamı olacaq”, - deyə məlumatda qeyd olunur.
A.M.