Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsinin Milli Bankına iqtisadiyyatın dollarsızlaşdırılması istiqamətində işləri sürətləndirməyi tapşırıb.
“Milli Banka əlavə tenge likvidliyi həcminin verilməsi üzrə tədbirlər görməyi, iqtisadiyyatın dollarsızlaşdırılması üzrə işləri fəallaşdırmağı tapşırıram. Mən artıq Şukeyevə (Qazaxıstanın “Samruk-Kazına” dövlət fondunun başçısı), pullarınız dollarda saxlayan milli şirkətlərimizə, investorlara müraciət etmişəm. Təngəyə çevirmək lazımdır”, - deyə, o, hökumətin çərşənbə günü keçirilən iclasında bildirib.
Qeyd edək ki, 13 ay ərzində təngəsi ABŞ dollarına nisbətdə 20% ucuzlaşıb. Avronun məzənnəsi də təngəyə münasibətdə 20% bahalaşıb.
Hazırda 1 ABŞ dollarını 185,05 qazax təngəsinə dəyişmək olar.