3 saylı istintaq təcridxanasına tortun içində telefon keçirmək cəhdinin qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən həbs edilmiş şəxs Hicran Rəcəb oğlu Xalıqova Xırdalan şəhər sakini Natiq Zahid oğlu Hüseynov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman içərisində tort olan qabın alt hissəsində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və 1 ədəd “Nar” danışıq kartı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.