Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə paytaxtı Astananın adının onun şərəfinə dəyişdirilməsi məsələsinə çox tədbirli yanaşmaq lazım olduğunu bildirib.
Oxu.Az Zakon.kz-a istinadən xəbər verir ki, bu barədə o, modernizasiya üzrə iclasda bəyan edib.
“Mən inkişafımızın bütün mərhələlərinin qeyd edildiyi deklarasiya üçün parlamentə və hamıya təşəkkür etmək istəyirəm.Rolum qeyd edilib. Əlbəttə bu mənim üçün bir insan kimi çox xoşdur”, - Nazarbayev bəyan edib. Bununla yanaşı o özünün Astananın adının dəyişdirilməsinə dair təklif irəli sürmədiyini qeyd edib.
Qazaxıstan lideri qeyd edib ki, paytaxta yeni adın verilməsi ölkə və dövlət üçün nəyin daha lazımlı olması baxımından tədbirli şəkildə həll ediləcək.
Bir gün öncə Qazaxıstan parlamentinin deputatı Kuanış Sultanov Astananın adının Nursultan Nazarbayevin adının hallanacağı şəkildə dəyişdirilməsini təklif edib.
N.O.
www.oxu.az