Qazaxıstan Parlamentinin deputatları respublikanın paytaxtı Astana şəhərini Nursultan Nazarbayevin şərəfinə adlandırmağı təklif ediblər, Oxu.Az TASS-a istinadən xəbər verir.
Onların sözlərinə görə, paytaxtın adında liderin adı səslənməlidir.
“Ölkə konstitutsiyasında dövlətçiliyimizin quruluşunda milli lider Nursultan Abişeviç Nazarbayevin böyük töhfələrinin qeyd edilməsini təklif edirik. Ölkənin paytaxtı və digər mühüm obyektlərin adında El bası (milli lider) ifadəsi əks olunsun”, - bu barədə Qazaxıstanın müstəqilliyinin 25 illiyinə həsr edilmiş deklarasiyanın layihəsində deyilir.
Bayram dekabrın 16-da qeyd edilir.
2008-ci ildə Nazarbayev ölkənin paytaxtı Astananın adının Nursultan adına dəyişdirilməsi təşəbbüsünü dəstəkləməmişdi.
N.O.