Qazaxıstan prezidenti Nursultan Nazarbayev həmvətənlərini fua-qra, banan və “Land Cruiser”lərdən imtina etməyə çağırıb.
Oxu.Az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə o, ölkənin aparıcı kənd təsərrüfatı mallarının istehsalçıları ilə görüşdə bəyan edib.
“Əsas odur ki, yeməyə nə isə varımızdır. Hətta içməyə də varımızdır. Geyimimiz də var, başımızın üstündə damımız, evlərimizi isitmək üçün imkanımız da var. Ümdə və labüd olan hər şeyimiz var”, - CA-News Nazarbayevin sözlərindən sitat gətirir.
“Qalan hər şey, məsələn qərb geyimləri – bunlarsız da yaşamaq olar. Doğrudur? Ümumiyyətlə, bizim üçün zərərli olan fua-qrasız, banansız, ən yaxşı nəhəng “Land Cruiser”siz də yaşamaq olar. Bunlarsız yaşamaq mümkündür. Yaşamaq üçün ölkəmizdə hər şey var”, - Qazaxıstan rəhbəri qeyd edib.