Angelina Jolie və Brad Pitt-in 2008-ci ildə dünyaya gələn əkiz uşaqları Knox Leon ilə Vivienne Marcheline artıq böyüyüb.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, bir müddətdir Londonda olan Angelina Jolie həftə sonu altı uşağından dördü ilə birlikdə West End-də musiqili tamaşa izləməyə gedib. 40 yaşlı Jolie və uşaqları “Wicked The Musical” izləyiblər. Apollon Teatrında tamaçanı izləyən Jolie və uşaqları binanın arxa qapısından çıxaraq avtomobillərinə tərəf yollanıblar. Həmişə olduğu kimi başdan-ayağa qaralara bürünən Angelina Jolie günəş eynəklərini də gözündən çıxarmayıb.

Jolie-Pitt cütlüyünün ən kiçik uşaqları Knox Leon və Vivienne Marchelin-in isə böyüdüyü gözlərdən qaçmayıb. Məşhur ulduz Zahara, Shiloh, Knox və Vivienne ilə tamaşanı izləyərkən Brad Pitt də iki oğlu Pax Thien və Maddox ilə birlikdə başqa məkanda əylənib. Ailə daha sonra günə birlikdə davam edib.

Qeyd edək ki, cütlüyün ən kiçik uşaqları Vivienne ilə Marcheline 2008-ci ildə anadan olub. Jolie əkizlərini dünyaya gətirmək üçün Fransanı seçim edib. Bunun səbəbini də anası Marcheline Bertrandın fransızəsilli olmasına bağlayıb.

Əkizləridən qız olanına Jolie erkən yaşda itirdiyi anasının xatirəsinə ithafən Vivienne Marcheline adını verib.

2014-cü ildə ailə qurmuş cütlüyün üç doğma və üç ögey övladı var.
