Hindistanın mədəniyyət və turizm naziri Maxeş Şarma ölkənin kiçik şəhərlərinə səfər edən əcnəbi qadınları qısa yubkadan imtina etməyə çağırıb.
Oxu.Az trend-ə istinadən xəbər verir ki, nazir bunun təhlükəsizlik məqsədi ilə tövsiyə edildiyini bildirib.
Tövsiyələr arasında gecə saatlarında təkbaşına gəzməmək, istifadə etdikləri taksilərin nişan nömrələrinin fotosunu dostlarına göndərmək də yer alıb.