Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Tevfik İleri Anadolu” liseyinin açılış mərasimində ilginc anlar yaşayıb.
Oxu.Az-ın AzNews.az-a istinadən məlumatına görə, mərasimdə lisey şagirdləri Ərdoğana məktublar yazdığı halda, bu məktəbdə oxuyan enerji və təbii sərvətlər naziri Taner Yıldızın qızı Habibe Yıldız Ərdoğana sürpriz edib.
Ərdoğanın ailəsinin yanına gedən Habibe Yıldız prezident və onun həyat yoldaşına əlindəki yazıları göstərib. Nazir qızı ilə qısa da olsa söhbət edən Ərdoğan Habibe Yıldızın əlini öpüb.