Bakıda indi Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) adlanan ali məktəbin məzunu öz ölkəsində islamı qadağan edib.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, 1963-1969-cu illərdə ADNA-da oxumuş Anqola prezidenti Joze Eduardu Duş Santuş (José Eduardo dos Santos) bunun ölkədə islam dininin təsirinə tam yekun vurulması olduğunu bəyan edib.
Öz növbəsində Anqolanın mədəniyyət naziri Roza Kruz e Silva bəyan edib ki, Anqolanın Ədliyyə və İnsan Hüquqları Nazirliyi islamı qadağan olunmuş din kimi tanıyıb və növbəti xəbərdarlığadək bütün məscidləri bağlamaq barədə qərar qəbul edib.
“Məscidlərin bağlanılması Anqolada qeyri-qanuni dini cərəyanlarla mübarizədə sonuncu addımdır” – deyə, Roza Kruz bildirib.