Qlobal bazarda neft kəskin ucuzlaşmadan sonra cüzi bahalaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:13-də Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçersləri 0.39 dollar (0.41%) bahalaşaraq bir barel üçün 95.42 dollar olub. Əvvəlki sessiyada isə "Brent" markalı neft 2.78 dollar (2.84%) ucuzlaşaraq bir barel üçün 95.03 dollar təşkil etmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.06 dollar (0.06%) artaraq bir barel üçün 93.1 dollar olub. Əvvəlki sessiyada WTI markalı xam neft 2.98 dollar (3.1%) ucuzlaşaraq bir barel üçün 93.04 dollara düşmüşdü.