Siyasətçi Boris Nemtsovun qətlində ittiham olunan Zaur Dadayev günahını inkar edib.
Bu barəsə Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir.
“Qətl vaxtı mən başqa rayonda idim, mənim şahidlərim və alibilərim var”, - Dadayev Moskva məhkəməsində deyib.
Öncə yayılmış məlumata əsasən, Dadayev istintaqla əməkdaşlıq edir. Daha sonra onun vəkili bu məlumatı təkzib etmişdir.
Vəkil İvan Gerasimov deyib ki, Zaur Dadayevin öncə Nemtsovun mövcudluğundan xəbəri olmayıb.
Jurnalistlərin Dadayevin Nemtsova necə münasibət bəsləməsi ilə bağlı sualına o belə cavab verib: “Düzünü desəm, heç bir münasibəti yoxdur”.