Rusiyalı siyasətçi Boris Nemtsovun qətlində şübhəli bilinən şəxslərdən birinin anası oğlu Zaur Dadayevin cinayətdə əlinin olmasına inanmır.
Bu barədə Oxu.Az “İnterfaks”a istinadən xəbər verir.
“Mənə bu gün məlumat verdilər ki, oğlum Zaur Dadayevi hüquq-mühafizə orqanları Nemtsovun qətlində şübhəli kimi saxlayıb. Mən buna inana bilmirəm. O, bunu edə bilməzdi”, - Aymani Dadayeva deyib.
O, həmçinin qeyd edib ki, son on il ərzində oğlu Çeçenistan Respublikasının hüquq-mühafizə orqanlarında, o cümlədən “Sever” batalyonunda xidmət edib.
Qeyd edək ki, öncə Nemtsovun qətlində şübhəli bilinən Qubaşev Anzor və Dadayev Zaurun saxlanılması barədə məlumat yayılıb.