Rusiya İstintaq Komitəsi (RİK) rusiyalı siyasətçi Boris Nemtsovun ukraynalı sevgilisinin onun qətlinə aidiyyatı olub-olmadığını araşdıracaq.
Hüquq-mühafizə orqanlarından əldə olunmuş məlumatlara görə, bu zərurət qızın iş üzrə ifadələrindəki uyğunsuzluqlarla bağlıdır.
“Kommersant” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazır ki, Duritskaya Kiyevdə yaşayan anası ilə danışarkən Nemtsovun nahardan sonra ona evədək gəzməyi təklif etdiyini bildirib. Qız deyib ki, guya o, taksi yaxud sürücü çağırmağı istəyirmiş. Bu arada, digər şahidlərin sözlərinə görə, piyada gəzmək təklifi qızdan gəlib.
“Kommersant” yazır ki, qızın açıq rəngli paltosu killer üçün bir növ “mayak” ola bilərdir.
Bundan başqa, öldürülmüş müxalifətçi Nemtsovun sevgilisi Duritskaya stress vəziyyətində olduğunu bildirərək, poliqrafda (yalan detektoru) ifadə verməkdən imtina edib.
Son məlumatlara görə, Anna Duritksaya Kiyevə uçub. Qız vəkil Vadim Proxorovla birlikdə gəlib və ifadə verməkdən imtina edib.
Xatırladaq ki, Boris Nemtsov fevralın 28-də Moksvanın Bolşoy Moksoretskiy körpüsündə güllələnib. Rusiya İstintaq Komitəsi “Qətl” və “Qanunsuz silah dövriyyəsi” maddələri üzrə cinayət işi başlayıb.