Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb - YENİLƏNİB + FOTO
Nepalda baş verən zəlzələ nəticəsində azı 157 nəfər ölüb, 170 nəfər yaralanıb.
Məlumata görə, dağıntıların böyük hissəsi zəlzələ nəticəsində əlaqə kəsilən ucqar dağ yaşayış məntəqələrində baş verib, ona görə də qurbanların sayı arta bilər.
Baş nazir Puşpa Kamal Dahal 105 nəfərin həlak olduğu Cayarkot bölgəsinə səfər edib. Onunla birlikdə bir qrup həkim və hərbçi xilasetmə əməliyyatında iştirak etmək üçün hadisə yerinə gəlib.
Səfərdən sonra baş nazir bütün siyasi partiyaları, eləcə də ictimai təşkilatları zərər çəkmiş rayonların sakinlərinə kömək etməyə çağırıb.
Mənbə: TASS
07:12
Nepalın qərbində baş verən 6,4 maqnitudalı zəlzələ nəticəsində ən azı 128 nəfər həyatını itirib.
Dağlıq ərazilərdə yerləşən kəndlərdə onlarla yaralı var.
Yerli hakimiyyətdən “Associated Press”ə bildiriblər ki, bir çox bölgələrlə əlaqə kəsilib.
Nepal ordusu ilə polis qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunublar.
01:39
Hindistan-Nepal sərhədində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Nepalın 9 min nəfərə yaxın əhalisi olan Cumla şəhərindən 36 km cənub-şərqdə və təxminən 182 min nəfərin yaşadığı Hindistanın Bəhraiç şəhərindən 166 km şimal-şərqdə yerləşib.
Zəlzələnin ocağı 35 km dərinlikdə olub.
Hadisə şahidlərə istinadən yayılan məlumata görə, Hindistanın paytaxtı Yeni Dehlidə binalar silkələnib.
Mənbə: TASS
"Hindistan" teqi üzrə xəbərlər
- ABŞ-də hindistanlı milyarderə qarşı ittiham irəli sürüldü
- Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq
- Çiçək dənizi və 1500 qonaq: Hindistanda avtomobil dəfn olundu
- Hindistanda toyda qalmaqal: Gəlinin keçmiş sevgilisi əvvəlcə bəyin əlini sıxdı, sonra yumruqladı
- Hindistanda qırıcı təyyarə qəzaya uğradı
Rəylər