Nepalın "Saurya Airlines" şirkətinə məxsus təyyarə Katmandunun Tribxuvana Beynəlxalq Hava Limanında qəzaya uğrayıb və yanıb.
Bu barədə Oxu.Az "Khabarhub" informasiya portalına istinadən bildirir.
Məlumata görə, təyyarədə 19 nəfər olub. Xilasedicilər təyyarədən 18 nəfərin cəsədini çıxarıblar. Təyyarənin kapitanı sağ qalıb və xəstəxanaya aparılıb.
Təyyarənin Katmandu-Pokxara reysi ilə uçduğu məlum olub. Həmçinin yerli mətbuatın bəzi xəbərlərinə görə, təyyarədə aviaşirkətin əməkdaşları olub.
Yanğınsöndürənlər və təcili tibbi yardım maşınları hadisə yerindədir.