Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, komitənin Biləsuvar Gömrük İdarəsində İran istiqamətindən ölkəyə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarəti həyata keçirilib.
Xidməti itin reaksiyasına əsasən avtomobil gömrük və sərhəd xidmətinin əməkdaşları tərəfindən əsaslı yoxlanılıb və bu zaman qoşqunun ön hissəsindəki boşluqdan gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə xalis çəkisi 30 kiloqram 30 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana və xalis çəkisi 7,9 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
"Dövlət Gömrük Komitəsi (DGK)" teqi üzrə xəbərlər
- Ötən ilin saxtaları: Yeddi milyon siqaret, yüz min litr energetik içki
- Generalın Astaraya təhkim etdiyi vəzifəli şəxs 44 minlik siqaret və digər məhsulları götürüb satdı
- 45 milyon manatdan artıq pul vəsaitini ölkəyə qaytarmayan vəzifəli şəxslər HƏBS OLUNDULAR
- Azərbaycanda məşhur polkovnikin qardaşı oğlu HƏBS EDİLDİ
- Şahin Bağırov rəisləri işdən azad etdi
Rəylər