Nepalda baş verən şiddətli daşqından sonra altı yaşlı qız dağıntılar altından xilas edilib.
Oxu.Az "India Today"ə istinadən xəbər verir ki, uşaq üç gün ərzində dağıntılar altında qalıb.
O, xəstəxanaya çatdırılıb.
* Nepalda daşqın təhlükəsi səngimir: Ölənlərin sayı 734-ə yüksəldi
Qəfil daşqın avqustun 26-da Nepalın şimalında, Çinlə sərhəddə yerləşən Rasuva dairəsində baş verib. Buna Tibet ərazisində Lhende çayının məcrasını bağlayan zəlzələ və torpaq sürüşməsi səbəb olub. Bəndin yarılması Bhote-Koşi çayında suyun səviyyəsinin kəskin artmasına gətirib çıxarıb.
Nepalın maliyyə naziri Svarnim Vaqle bildirib ki, dağıdıcı daşqının nəticələrinin aradan qaldırılması üçün ölkəyə təxminən 4-5 milyard dollar vəsait lazım olacaq.
Nazir əlavə edib ki, dəymiş ziyanın qiymətləndirilməsi davam etdiyi üçün bu rəqəm hələlik ilkin hesablamadır.