Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Netanyahu ABŞ səfərindən qayıdarkən husilər hava limanına raket atdılar
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər İsrailin Baş naziri Binyamin Netanyahunun ABŞ səfərindən geri qayıdarkən Ben Qurion hava limanına hücum edildiyini bəyan ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya bildirib.
"Raket qüvvələri cinayətkar Benyamin Netanyahunun gəlişi zamanı İsrailin Ben Qurion adlı Yaffa hava limanını vurmaq üçün əməliyyat keçirib", - Sariya "Ənsar Allah"a məxsus "Al Masirah" telekanalında deyib.
Onun sözlərinə görə, "Fələstin 2" ballistik raketi Tel-Əvivdəki Ben Qurion hava limanını vurub. Onun sözlərinə görə, raket Netanyahunun Nyu-Yorkdan Təl-Əvivə gəlişi ilə eyni vaxtda aeroporta düşüb.
Rəylər