Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Netanyahu: "Dəməşqdə hakimiyyət dəyişikliyi İsrail üçün yeni imkanlar açır"
"Dəməşqdə hakimiyyət dəyişikliyi İsrail üçün yeni imkanlar açır".
Oxu.Az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Suriya ilə həmsərhəd bölgəyə səfəri zamanı deyib.
O, Dəməşqdə hakimiyyət dəyişikliyinin İsrailin İrana və Livandakı "Hizbullah" təşkilatının qüvvələrinə qarşı endirdiyi zərbələrin nəticəsi olduğunu bildirib.
"Bu gün Yaxın Şərqdə tarixi bir gündür. İranın şər oxunun əsas həlqəsi olan Bəşər Əsəd rejimi süqut etdi. Bu, Əsəd rejiminin əsas dəstəkçiləri olan İran və "Hizbullah"a endirdiyimiz zərbələrin birbaşa nəticəsidir. Bu, bütün Yaxın Şərqdə zəncirvari reaksiyaya səbəb oldu, - baş nazir vurğulayıb.
"Suriyada vəziyyət" teqi üzrə xəbərlər
- Suriyada keçid dövrünün nə qədər davam edəcəyi açıqlandı
- "Haber Global"da Suriyada yaşanan son gərginlik təhlil edilib
- Suriyada silahlı qarşıdurmaları kimlər yaradır? - Günahkarlar açıqlandı
- Suriya təhlükəsizlik xidmətləri Hama vilayətində bölmələr yerləşdirir
- Suriyada silahlı toqquşma: 50-dən çox ölən var