Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Xarici maşınları yoxlamaq üçün yaradılacaq "VİN kod" axtarış sistemi nə vaxtdan işləyəcək?
Azərbaycanda da avtomobillər üçün "VİN kod" axtarış sistemi yaradılacaq.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, xarici ölkələrdən avtomobil alan zaman onun istər təmir, istər texniki baxış, istərsə də sığorta keçmişini avtomobilin ban nömrəsini müvafiq sistemə daxil edərək görmək olur. Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib ki, bu sistemin ölkəmizdə də tətbiq olunması üçün təhlillərə başlanılıb və "VİN kod" axtarış sistemi Azərbaycanda da tətbiq ediləcək.
Assosiasiyanın ekspert qrupunun üzvü Emil Ağabağırov bildirib ki, ölkəmizdə bu sistemin yaradılması üçün Türkiyə modeli və bazar şərtləri araşdırılır.
Emil Ağabağırovun sözlərinə görə, bu sistemin yaradılması üçün müxtəlif qurum və şirkətlər arasında ortaq baza yaradılmalıdır. Bu həm də sığorta dələduzluğu hallarının qarşısını alacaq.
Ətraflı süjetdə:
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Özünü "polkovnik" kimi təqdim edən bərbərə səkkiz il həbs cəzası verildi
- "Zevs"in qardaşı 12 ilədək HƏBS EDİLƏ BİLƏR
- "TikTok"da "Bakcell" adından DƏLƏDUZLUQ
- 333 min manatdan artıq pulu mənimsəməkdə təqsirləndirilən həkimlə bağlı QƏRAR
- Vətəndaşlara Norveçdə iş təklifi ilə bağlı saxta məlumatlar göndərilir - İDDİA
Rəylər